Paralimpiya Federasiyasının Naxçıvan şəhər bölməsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 8 nəfər sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Birinciliyin məqsədi müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtlarının idmanla dəyərləndirilməsi və boccia idman növünün inkişaf etdirilməsi olub. Nəticələrə gəlincə Zəhra Məmmədova, Aytac Əliyeva və Rəhman Namazov müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.
Sonda yer tutan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.
Sərəncama əsasən Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı 2023-cü il yanvarın 1-dən 345 manatdan aşağı ola bilməz.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.