Ötən il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada "Ailə təsərrüfatları"ili elan olunması müxtəlif ailə təsərrüfatlarının yaradılması üçün yeni imkanlar açıb. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə,
Ardını oxu...
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı həm də ahılların sosial müdafiəsinin gücləndirilməsinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən islahatların davamlılığını təmin edib. Hazırda muxtar respublikada tənha ahıl vətəndaşa evlərində sosial-məişət xidmətləri göstərilir. Ahıllara göstərilən xidmətlərin əsasını onların tibbi-sosial reabilitasiyası təşkil edir. Bununla yanaşı əlamətdar günlərdə onlarla görüşlər keçirilir, muxtar respublikanın görməli yerlərinə gəzintiləri təşkil olunur. Bu tədbirlərin davamı olaraq, sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 1 oktyabr “Beynəlxalq Ahıllar Günü” münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sosial xidmətlər göstərilən tənha ahıllarla görüşlər keçirilib, 235 ahıl vətəndaşa bayram sovqatları təqdim edilib