İşaxtaran vətəndaşların nəzərinə !

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi işaxtaranları Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Dərzi peşəsi üzrə kurs keçməyə dəvət edir. Kursun tədris müddəti 3 aydır.

     Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər  10 mart 2020 - ci il tarixədək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə Məşğulluq Mərkəzlərinə təqdim etməlidirlər:

1.Yaşayış yerindən arayış

2.Şəxsiyyət vəsiqəsinin surəti

3.Tibbi arayış

 

                                                                                                                           Əlaqə telefonu: 545-32-33