Növbəti həftədən etibarən istedadlı sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə "İstedadlar səhnəsi" yaradıcılıq müsabiqəsinin rayon (şəhər ) mərhələlərinə start verilir!

Müsabiqə aşağıdakı nominasiyalar üzrə aparılacaqdır:
Solo və musiqi alətlərində ifa;
Rəsm;
Sərbəst növ (rəqs, əl işləri, aktyorluq və s.);
Müsabiqədə iştirak etmək istəyənlər, yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edərək, qeydiyyatdan keçə bilərlər.