Naxçıvan şəhərində əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası mart ayının 17-də Naxçıvan şəhərində keçirilib.
Tədbirdə çıxış edənlər Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildiriblər ki, muxtar respublikamızda işaxtaran

şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan gənclərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan, əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, əmək yarmarkaları bu kateqoriyadan olan şəxslərin işlə təmin olunması istiqamətində vacib məşğulluq tədbirlərindən biridir.
Əmək yarmarkasında işaxtaranlara ümumilikdə 21-i özəl, 17-i dövlət olmaqla 38 müəssisədən 350-ə yaxın boş iş yeri təqdim edilib.
Qeyd edək ki, əmək yarmarkasında 192 iş axtaran vətəndaş qeydə alınıb.

717553
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
281
1048
4733
23672
717553

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg