Novruz bayramı münasibətilə Ahıllar Evi sakinləri ilə görüş keçirilib

Novruz bayramı münasibətilə Şahbuz şəhərində yerləşən Ahıllar evində bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Ahıllar Evində sakinlərə yaradılan şəraitdən danışıb, əlamətdar günlərdə onlarla keçirilən görüşlərin artıq ənənə halını aldığını qeyd edib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov isə çıxışında Ahıllar Evi sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib, vurğulayıb ki, Ahıllar Evi ilə yanaşı, tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan ahıllara evlərində də sosial xidmətlər göstərilir. Onlar vaxtaşırı həkim müayinəsindən keçirilir, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyari xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir.
Tədbirin davamında Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva çıxış edərək, bayram təbriklərini çatdırıb. Daha sonra Naxçıvan Musiqi Kollecinin İnstrumental ansanbılı konsert proqramı ilə çıxış edib, sakinlərə bayram hədiyyələri təqdim olunub.
Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

733459
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
202
336
3408
12233
733459

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg