Muxtar respublikada əmək pensiyalarının və məcburi dövlət sosial sığortası haqları hesabına müavinətlərin maliyyələşdirilməsi yekunlaşıb

Muxtar respublikada cəmiyyətin həssas qrupu sayılan pensiyaçıların rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması tədbirləri diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu da bu istiqamətdə verilən tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi də bu tədbirlərdən biridir. Fond bu istiqamətdə üzərinə düşən vəzifələrin icrasını yerinə yetirib və ötən aylarda olduğu kimi aprel ayında da pensiyaların və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi ilə bağlı işləri vaxtından əvvəl başa çatdırıb. Tələb olunan vəsait fondun xəzinə hesabından pensiyaçıların plastik bankomat kartlarına köçürülüb.


Qeyd edək ki, fond tərəfindən sığortaolunanlara ödənilən uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi və ödənilməsi proaktiv qaydada həyata keçirilib. Uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin edilərək ödənilib. Müavinətin ödənilməsi və hansı bankdan götürülməsi barədə məlumat ödəniş rəsmiləşdirilmiş şəxsin adına olan telefon nömrəsinə bildiriş göndərilib.

735523
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
294
1645
1939
14297
735523

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg