Fiziki imkanları məhdud qadınlar tərəfindən toxunan isti geyimlər hərbi hissəyə təhvil verilib

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması

işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində bu gün məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 1500 cüt yun corab və 200 ədəd yun şərf əsgərlərimizə hədiyyə edilir. Qeyd olunub ki, bu kimi tədbirlər məhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir.

Daha sonra Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən Ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlətimiz tərəfindən göstərilən bu diqqət hərbi qulluqçuların məsuliyyətini daha da artıraraq vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.
Tədbirdə zabit Tural Xələfov, əsgər Vasif İsazədə hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdar¬lığını bildirib.
Çıxışların ardından yun corab və şərflər hərbi hissə və zastavalara təhvil verilib.

772839
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
392
656
2623
20787
772839

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg