Culfa rayonunda yaşı 65-i keçmiş tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Culfa rayonunda yaşı 65-i keçmiş tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Sosial xidmət işçiləri və könüllülər zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq, sanitar-gigiyenik qaydalara riayət etməklə, evlərdə təmizlik işləri aparıb,

gətirdikləri tibbi profilatik məmulatları sakinlərə təqdim ediblər.
Qeyd edək ki, bu sosial aksiyaya artıq “Badamlı” şirkəti də qoşulub. Şirkət nümayəndələri də könüllülərlə birgə ahılları ziyarət edib, onlara “Badamlı” mineral sularından ibarət sovqatlar təqdim ediblər.
Əlavə edək ki, muxtar respublikada bu kimi tədbirlər davamlı xarakter alıb və pandemiya dövründə ümumilikdə 301 tənha ahılı əhatə edib.

742794
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
446
2738
3184
21568
742794

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg