“İdeyadan başlanğıca” devizi altında növbəti tədbir keçirilib, gənclər tərəfindən yeni layihələr təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq gənclər tərəfindən “İdeyadan başlanğıca” devizi altında hazırlanmış layihələrin (startapların) dəyərləndirilməsi, həmçinin muxtar respublikada könüllülük

fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin, sosial könüllülüyə gənclərin təşviqinin və sosial məsuliyyət hissinin artırılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə, oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev social könüllülük layihəsinin əhəmiyyətindən danışıb, “İdeyadan başlanğıca” layihəsi çərçivəsində görüləcək işlər haqqında məlumat verib. Həmçinin, nazir qeyd edib ki, “Sosial Könüllülük Akademiyası”nı uğurla başa vuran gənclər bundan sonra da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq tədbirlərinə könüllü kimi cəlb olunacaqlar. Nazir layihəyə yeni cəlb olunan könüllülərə uğurlar arzu edib.
Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev sosial könüllülük layihəsinin həyata keçirilməsində əsas məqsəddən danışıb. Qeyd edib ki, könüllülük fəaliyyəti sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunması imkanlarının artırılmasından ibarətdir.
Gənclər adından çıxış edən Səma Muradova, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

717604
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
332
1048
4784
23723
717604

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg