Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kənd mərkəzinin açılışını edib

Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, arxiv, zal və statistika işçisi üçün otaqlar var.

Kənd kitabxanasında 3137 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası

Məmmədsabir kənd ərazi ilk təşkilatının 123 üzvü vardır. Onlardan 34-ü gənclər, 39-u isə qadınlardır. Binada 50 yerlik iclas zalının istifadəyə verilməsi mədəni-kütləvi və maarifləndirici tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Rabitə evində poçt bölməsi fəaliyyətə başlamışdır. Burada 256 nömrə tutumlu yeni nəsil ATS qurulmuş, genişzolaqlı və sürətli internetə çıxış imkanı yaradılmışdır. Hazırda kənddə 120 internet istifadəçisi vardır.

Bina istilik sistemi ilə təchiz olunmuş, həyətdə abadlıq işləri aparılmışdır.

392754
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
566
431
4500
3229
392754

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg