Sağlamlıq imkanları məhdud uşaqlar arasında asfalt üzərində rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə, müvafiq kateqoriyadan olan uşaqlara bilik və bacarıqlar aşılanır, istedadlarının aşkara çıxarılması

məqsədilə sosial könüllülərin iştirakı ilə bir sıra tədbirlər təşkil edilir, yarış, sərgi və müsabiqələr keçirilir, film və tamaşalar nümayiş olunur. Xüsusilə onların intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Məhdud fiziki imkanlı uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, onların təlimində mütərəqqi üsulların tətbiqi məqsədilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə onlayn şəkildə asfalt üzərində “Naxçıvan - Tarixi Abidələr Diyarı” mövzusunda rəsm müsabiqəsi təşkil olub. Müsabiqə sosial könüllülərin iştirakı ilə, ilk dəfə olaraq video-formatda keçirilib və turizm əhəmiyyətli məkanları əhatə edib. Müsabiqə iştirakçıları, Naxçıvan şəhərində yerləşən Saat Meydanı, Sahil Parkı, Yusif ibn Küseyir və Mömünəxatun türbələri, Xan sarayı, Hüseyn Cavid məqbərəsi kimi tarixi məkanlarda olub, onların rəsmini çəkiblər.
Tədbirin sonunda müsabiqənin bütün iştirakçılarına hədiyyələr verilib, sosial könüllülər təltif olunub.
Qeyd edək ki, qarşıdakı günlərdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.

392812
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
624
431
4558
3287
392812

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg