Sağlamlıq imkanları məhddud şəxslərə səyyari xidmətlər göstərilir

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial məsələlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Müvafiq kateqoriyalı şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti daha da artırılır, onlara onların reabilitasiya vasitələri ilə təminatı daim diqqət mərkəzində saxlanılır.

Həmçinin, muxtar respublikada dayaq hərəkət sisteminin funksiyalarını itirmiş şəxslərin reabilitasiyası istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara müvafiq protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Bununla yanaşı, Mərkəzin həkim heyəti tərəfindən muxtar respublika sakinlərinə səyyari xidmətlərin göstərilməsi də davam etdirilir. Bu tədbirlərin davamı olaraq, may ayının 26-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunda keçirilən səyyari xidmətlər zamanı məhdud fiziki imkanlı şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir edilib. Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslər texniki və köməkçi reabilitasiya vasitələri ilə də təmin edilib.
Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

392832
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
644
431
4578
3307
392832

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg