Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqlarla görüşüblər

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili, istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə may ayının 29-da sosial könüllülərlə sağlamlıq imkanları məhdud uşaqların növbəti görüşü keçirilib.
1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər əvvəlcə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyadan olan uşaqlara göstərilən xidmətlərlə tanış olublar. Könüllülər əmək terapiyasında iştirak edib, uşaqlara yeni əl işlərinin hazırlanmasında köməklik göstəriblər. Daha sonra uşaqların istəyinə uyğun olaraq, könüllülər Heydər Əliyev adına Uşaq - Gənclər Yaradıcılıq Mərkəzinə gəliblər. Burada uşaqlar qum terapiyası, bədii tikiş və robotexnika otaqlarının imkanlarından istifadə edib, rəqs nömrələri nümayiş etdiriblər. Görüş yeni salınmış Sahil Parkında gəzinti ilə başa çatdırılıb.

738407
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
581
870
4823
17181
738407

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg