"1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə qanvermə aksiyası keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə " 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları aksiyada iştirak ediblər.
Könüllülər qanvermədən əvvəl tibbi müayinədən keçirilib, donorlardan qan götürülüb və infeksion xətəliklərə qarşı yoxlama aparılıb. Aksiyada 22 nəfər iştirak etmiş, 11 litr qan toplanılaraq Naxçıvan Muxtar Respublikası Xəstəxanasının qan bankına təhvil verilmişdir. Aksiya muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan hemofiliyalı və talassemiyalı uşaqlara dəstək məqsədi daşıyır.
Keçirilən aksiya mövcud vəziyyətlə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir. Qeyd edək ki, adıçəkilən aksiya artıq 10 ildir ki, təşkilatçılar tərəfindən mütəmadi olaraq 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilir.

743593
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
404
841
3983
22367
743593

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg