Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilib

Fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara

çıxarılması üçün davamlı tədbirlər həyata keçirir, idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bu tədbirlərin davamı olaraq, iyunun 3-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Şərur və Sədərək rayonlarında fəaliyyət göstərən stolüstü tennis bölmələrinin iştirakı ilə yoldaşlıq görüşü keçirilib. Mövcud vəziyyətlə əlaqədar, sosial izolyasiya qaydalarına əməl edilməklə Şərur rayonunda keçirilən görüşdə 8 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Görüşün sonunda qaliblər və iştirakçılar diplom və fəxri fərmanlarla təltif olunub. Sağlamlıq imkanları məhdud şəxslər arasında idman tədbirlərinin qarşıdakı günlərdə də davam etdirilməsi nəzərdə tutulub.

392676
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
488
431
4422
3151
392676

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg