Sağlamlıq imkanları məhdud uşaqlar üçün distant tədris və onlayn məşğələlər təbiət mövzusuna həsr edilib

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə

təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə müvafiq kateqoriyadan olan uşaqlar üçün distant tədris prosesi davam etdirilir, həmçinin reabilitasiya məqsədilə onlayn məşğələlər təşkil olunur. Qeyd edək ki, onlayn məşğələlər müəyyənləşdirilmiş qrafik üzrə Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinin mütəxəssisləri tərəfindən aparılır. Onlayn məşğələlər həmçinin, Mərkəzin defektoloji bölməsinin Ordubad və Şərur rayonlarında yerləşən filialları tərəfindən də həyata keçirilir. Görülən bu işlərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlarla keçirilən təlim-tədris proseslərində əlamətdar günlər də unudulmur, bu istiqamətdə zəruri tədbirlər keçirilir.
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilib. Bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilir, bu sahədə ardıcıl tədbirlər icra olunur. Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Bütün bu görülən bu işlərə ictimai diqqətin artırılması, uşaqların bu istiqamətdə zəruri məlumatlarla təmin olunması üçün 5 – iyun Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə müvafiq kateqoriyadan olan uşaqlar üçün keçirilən distant dərslər və onlayn məşğələlər təbiət mövzusuna həsr edilib. Sağlamlıq imkanları məhdud uşaqlar sözügedən mövzuda keçirilən dərslərdə fəal iştirak edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Bu kimi tədbirlərin davamlı xarakter alması nəzərdə tutulub.

392697
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
509
431
4443
3172
392697

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg