Sağlamlıq imkanları məhdud uşaqlar arasında onlayn formatda yaradıcılıq tədbirləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam

etdirilir. Bu məqsədlə, müvafiq kateqoriyadan olan uşaqlara bilik və bacarıqlar aşılanır, istedadlarının aşkara çıxarılması məqsədilə sosial könüllülərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən, muxtar respublikanın görməli yerlərinə ekskursiyalar təşkil edilir, yarış, sərgi və müsabiqələr keçirilir, film və tamaşalar nümayiş olunur.
Bu tədbirlərin davamı olaraq, iyunun 6-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında onlayn yaradıcılıq müsabiqəsi təşkil olub. Müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması və mövcud vəziyyətlə əlaqədar cəmiyyətə daha fəal inteqrasiyasının təmin edilməsi məsədilə təşkil edilən müsabiqə sosial könüllülərin iştirakı ilə video-formatda keçirilib. Müsabiqə iştirakçıları istedadlarına uyğun olaraq, Naxçıvan şəhərində yerləşən Saat Meydanı, Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və digər məkanlarda olub, sosial könüllülərlə birgə hazırladıqları yaradıcılıq nümunələrini onlayn formatda təqdim ediblər. Qeyd edək ki, autizm, daun sindromlu uşaqların da iştirak etdiyi tədbirin hazırlıq prosesi də videoçarx şəklində hazırlanaraq tədbirdə nümayiş etdirilib.
Tədbirin sonunda müsabiqənin bütün iştirakçıları və sosial könüllülər təltif olunub.
Əlavə edək ki, bu kimi tədbirlər artıq mütəmadi xarakter alıb və qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulub.

392765
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
577
431
4511
3240
392765

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg