Ordubad rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb.

Dövlət Proqramının icrası ilə əlaqədar, ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, vergi orqanlarında qeydiyyatdan keçmiş işəgötürən fiziki və hüquqi şəxslər haqqında məlumatlar dəqiqləşdirilib, müəssisələr tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət məqsədi ilə sahibkarlıq subyektində monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib. Görülən bu işlərlə yanaşı, muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili də diqqət mərkəzində saxlanılır.
İyun ayının 17-də Ordubad rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 9-u dövlət və 4-ü özəl sektor olmaqla, ümumilikdə 13 müəssisədən 164 boş iş yeri təqdim edilib. Qeyd edək ki, əmək yarmarkasında 24 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub və 11 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Ümumilikdə isə Naxçıvan şəhəri, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında keçirilmiş əmək yarmarkalarında 74-ü dövlət və 70-i özəl olmaqla, ümumilikdə 138 müəssisədən müxtəlif vakansiyalar üzrə iş yerləri çıxarılıb və 153 nəfər işaxtaran vətəndaşın sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin edilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası iyun ayının 19-da Şahbuz rayonunda keçiriləcəkdir.

738700
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
864
5116
17474
738700

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg