Sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrlə görüşlər keçirilib

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə, o cümlədən tənha ahıllara göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəlir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, muxtar respublikanın şəhər və rayonlarında aztəminatlı ailələrlə görüşlər keçirilir,

onlara ehtiyaclarına uyğun ərzaq yardımları göstərilir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur və Kəngərli rayonlarında baş tutub.
Şərur rayonu Kosacan kəndindən Cəfərovlar ailəsi, Kəngərli rayonundan isə Qarabağlar kənd sakinləri Cabbarovlar ailəsinin nümayəndələri ilə keçirilən görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları ailə üzvləri ilə söhbət aparıb, onların qayğıları ilə maraqlanıblar. Görüşdə vurğulanıb ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Müvafiq kateqoriyadan olan şəxslərin sosial rifahını yüksəltmək üçün məşğulluq problemləri həll olunur, vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Sakinlər onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

738968
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
278
864
5384
17742
738968

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg