İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu istifadəyə verilib.

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasir görkəm alır. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunan dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin edib, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni inzibati binalar və sosial obyektlər tikilib, rahat yollar çəkilib, əhalinin rifahı yaxşılaşıb.
Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir
İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının binası istifadəyə verilib, yeni yaradılan innovativ dərnəklərin təqdimatı olub.
Şərur şəhərində Təqaüdçülər Klubu
fəaliyyətə başlayıb
İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri çıxış edərək deyib: Bu gün Şərur rayonunda 117 mindən artıq əhali yaşayır ki, onun da 10 min 800-ə yaxını, yəni 9,2 faizi əmək pensiyaçılarıdır. Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının 522, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Şərur Rayon Təşkilatının isə 131 üzvü vardır.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Veteranlar, ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”, - fikrini xatırladaraq deyib: Ulu öndərin tövsiyələri əsas götürülərək bu gün Şərur şəhərində rayon veteranları və ağsaqqalları üçün yeni bina – Təqaüdçülər Klubu istifadəyə verilir. Şərur Rayon İcra Hakimiyyəti Təqaüdçülər Klubunda gənclərlə veteranların və ağsaqqalların görüşlərini təşkil etməli, milli-mənəvi dəyərlərimiz gənc nəslə aşılanmalıdır. Qızıl fondumuz olan veteranların həyat yolu gənclərə öyrədilməli, müxtəlif tədbirlər keçirilməlidir.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.
Şərur şəhər sakini, ağsaqqal Elburus Ələkbərov təqaüdçülər adından minnətdarlıq edərək deyib: “Şərur rayonunda həyata keçirilən bütün tədbirlər sakinləri həm sevindirir, həm də qürurlandırır. Çünki görülən bu əsrəbərabər işlər insanların rahat yaşamasına, gözəl şəraitdə işləməsinə və mənalı istirahətinə xidmət edir. Şərur şəhərinin mərkəzində xüsusi gözəlliyi ilə seçilən müasir, möhtəşəm bina təqaüdçülərin istifadəsinə verilir. Təqaüdçülərə, yaşlı nəslə göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığımızı bildiririk”.
Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının sədri Vidadi Süleymanov rayon ictimaiyyəti və veteranları adından minnətdarlıq edərək deyib: “Bu gün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası muxtar respublikada, eləcə də rayonumuzda uğurla həyata keçirilir. İnkişaf, quruculuq tədbirləri Şərur rayonunu da ağuşuna almışdır. Şərur rayonu özünün intibah dövrünü yaşayır. Rayon mərkəzində, eləcə də kəndlərdə geniş quruculuq, abadlıq işləri aparılır. Veteranlara, təqaüdçülərə həmişə diqqət və qayğı ilə yanaşılır”.
Məlumat verilib ki, ikimərtəbəli binada təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili, stolüstü oyunların və yarışların keçirilməsi, qəzet və jurnalların oxunması, kitab mütaliəsinin təmin olunması, gənclərlə görüşlərin təşkili sahəsində lazımi imkanlar vardır. Binanın birinci mərtəbəsində iş otaqları, kitabxana, bufet və oyun zalı, ikinci mərtəbədə isə 2 dama və 2 şahmat zalı yerləşir. Şərur Şəhər Təqaüdçülər Klubunun kitabxanasında 499 kitab vardır. Klubda 2 nəfər işlə təmin olunub.
Bina istilik sistemi ilə təchiz edilib, həyətdə abadlıq işləri aparılıb, musiqili fəvvarə quraşdırılıb.
Ali Məclisin Sədri musiqili fəvvarəni işə salınıb.

735997
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
768
1645
2413
14771
735997

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg