Qurban bayramı ərəfəsində sosial qayğıya ehtiyacı olan şəxslərə bayram sovqatları təqdim olunub

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Müvafiq kateqoriyadan olan şəxslərin maddi-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər cari ilin ikinci yarısında da uğurla davam etdirilir. Bu məqsədlə müxtəlif sosial tədbirlər təşkil olunur, əlamətdar günlərdə onlarla görüşlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, iyul ayının 30-da – Qurban bayramı ərəfəsində xüsusi qayğıya ehtiyacı olan şəxslərlə görüşlər keçirilib, onlara bayram sovqatları təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, sosial qayğıya ehtiyacı olan şəxslər dövlətimizin hərtərəfli qayğısı əhatəsindədir. Onların sosial müdafiəsi, məşğulluğu, habelə cəmiyyətə inteqrasiyalarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir, bu istiqamətdə göstərilən xidmətlərin həcmi və keyfiyyəti ilbəil yaxşılaşdırılır.
Qeyd edək ki, keçirilən görüşlərdə sağlamlıq imkanları məhdud şəxslər, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələr, böyük vətən müharibəsi iştirakçıları və digər şəxslərə bayram sovqatları verilib. Həmçinin, tədbirdə iştirak edə bilməyən şəxslərə sovqatlar evlərində təqdim olunub.
Ümumilikdə, 1026 ailəni əhatə edəcək bu tədbirlərin iyulun 31-də muxtar respublikanın digər rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.

743358
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
169
841
3748
22132
743358

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg