18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında dart idman növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir

6 avqust 2020-ci il tarixdə “Saat Meydanı” Turistik İstirahət Mərkəzində “12 avqust- Beynəlxalq Gənclər Günü” münasibətilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında dart idman növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsində məqsəd 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması,

onların asudə vaxtlarının səmərəli keçirilməsi, dart idman növünün inkişafı və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına nail olunması olmuşdur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 16 sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir. Yarışın yekun nəticəsinə əsasən Qəhrəmanov Yunis I, Mahmudlu Röyal II, Nuriyev Vahid III yerin sahibi olmuşlar. Qaliblərə təşkilatçıların diplom və hədiyyələri təqdim olunmuşdur.

743833
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
644
841
4223
22607
743833

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg