12 avqust – Beynəlxalq Gənclər Günü ərəfəsində sosial könüllülər sağlamlıq imkanları məhdud gənclərlə görüşüb, onlara hədiyyələr təqdim ediblər

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud gəncləri də əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan şəxslərin yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb. Bu məqsədlə, sağlamlıq imkanları məhdud gənclərin asudə vaxtının səmərəli təşkili,istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sosial könüllülərin imkanlarından geniş istifadə olunmasına dair verilmiş tapşırığın icrasına uyğun olaraq, növbəti belə tədbir, 12 avqust – Beynəlxalq Gənclər Günü ərəfəsində baş tutub, bu münasibətlə sosial könüllülərlə sağlamlıq imkanları məhdud gənclərin görüşü keçirilib.
Sosial könüllülərin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən görüşdə sosial könüllülər muxtar respublikanın şəhər və rayonlarında yaşayan müvafiq kateqoriyadan olan gənclərlə görüşüb, onlara gənclər günü münasibətilə hədiyyələr təqdim ediblər. Könüllülər gənclərlə birgə vaxt keçirib, onların gündəlik məşğuliyyətləri, yaradıcılıqları ilə tanış olublar. Keçirilən görüş müvafiq kateqoriyalı gənclər tərəfindən böyük sevinclə qarşılanıb.
Qeyd edək ki, muxtar respublikada əlamətdar günlər münasibətilə, sosial qayğıya ehtiyacı olan şəxslərlə görüşlər artıq ənənə halını alıb, və bu kimi, tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

738442
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
616
870
4858
17216
738442

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg