Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib

Tədbirdə çıxış edən nazir Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə payız-qış mövsümündə, mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlanılması, bütün ocaqçıların müvafiq kurslara cəlb olunması, habelə Nazirliyin tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlərin görülməsi, sosial könüllülərlə bağlı layihələr və hərbi hissələr üçün yun corabların toxunması işinin bu il də davam etdirilməsi barədə bir sıra tapşırıqlar verilib.
Verilmiş tapşırıqların icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qarşıda duran vəzifələr müəyyənləşdirilib, bununla əlaqədar “Tədbirlər Planı” təsdiq olunub və nazirlik daxilində komissiya yaradılıb.
Nazir bildirib ki, qarşıdakı dövr ərzində, verilmiş tapşırıqların icrasına uyğun olaraq, yaradılmış komissiya tərəfindən Nazirlik, eləcə də, nazirliyin strukturuna daxil olan təşkilatlarının inzibati binalarına baxış keçirilməli, inzibati tikililərin payız-qış mövsümünə hazırlığı yoxlanılmalı və aşkar edilən çatışmamazlıqlarla bağlı zəruri işlər həyata keçirilməlidir. Bununla yanaşı, ötən il mövsümi hazırlıqlarla bağlı keçirilən tədbirlərdə, həmçinin cari il ərzində pandemiya dövründə göstərilən xidmətlərdə fəal iştirak edən sosial könüllülərin sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən xidmətlərdə aktiv iştirakı təmin ediləməlidir. Onların iştirakı ilə yeni layihələr hazırlanmalı, keçirilən tədbirlərin əhatəsi genişləndirilməlidir. Həmçinin, əsgərlər üçün yun şərf və yun corab toxunması məqsədilə sağlamlıq imkanları məhdud qadınlarla müqavilələrin bağlanılmasına başlanılmalı, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə muxtar respublikada fəaliyyət göstərən müəssisələrin qazanxana işçiləri üçün maarifləndirmə tədbirləri də diqqət mərkəzində saxlanılmalıdır. Həmçinin, qarşıdakı dövr ərzində müvafiq vakansiyalar üzrə kadrların təmin edilməsi, peşə təhsilinə malik olmayan, məşğulluq xidməti orqanlarında işaxtaran kimi qeydiyyatda olan şəxslərin vakant yerlərə göndərilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Qazanxana maşinisti”, “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər” peşələri üzrə kursların təşkili, habelə sosial-məişət xidməti göstərilən sağlamlıq imkanları məhdud şəxslərin və tənha ahılların qış mövsümünə uyğun olaraq geyim və digər vasitələrlə təmin olunması üçün zəruri tədbirlər həyata keçirilməlidir. Tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərin payız-qış mövsümündə ehtiyaclarına uyğun olaraq geyim və digər zəruri vasitələrlə təmin olunması istiqamətində işlərini davam etdirməli, bu istiqamətdə sosial könüllülərin imkanlarından daha geniş istifadə olunmalı, onların iştirakı ilə yeni layihələr icra olunmalıdır.
Şahbuz şəhərində yerləşən Ahıllar Evinin dam örtüyündə olan, bəzi otaqların tavanında, divarlarında olan nöqsanlar aradan qaldırılmalı, binanın istilik və su sistemi fərdi qaydada qurulmalıdır. Mövsümi hazırlıqla əlaqədar Ahıllar Evinin təminatına diqqət artırılmalı, sakinlərin rahat yaşaması üçün hərtərəfli şərait yaradılmalıdır. Sağlamlıq imkanları məhdud insanlara xidmət edən bərpa mərkəzlərində, müvafiq kateqoriyadan olan şəxslərin reabilitasiyası istiqamətində işlər düzgün qurulmalı, bu istiqamətdə mövsümü xüsusiyyətlər nəzərə alınmalıdır. Mərkəzlərdə mövcud olan avadanlıqlarda və müxtəlif müalicə müayinə kabinələrində mövsümi dəyişikliklərlə bağlı hazırlıq işləri görülməlidir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Şərur və Ordubad rayonlarında yerləşən defektoloji bölmələrində də zəruri tədbirlər həyata keçirilməlidir.
Nicat Babayev vurğulayıb ki, ötən dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmiş tapşırıqların icrası məqsədilə zəruri işlər görülüb, tabe müəssisələrin inzibati binalarında təmir-bərpa işləri həyata keçirilib. Sağlamlıq imkanları məhdud qadınların toxuduğu yun corab və şərflər hərbi hissələrə təhvil verilib, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən xidmətlərdə sosial könüllülərin iştirakı təmin edilib. Naxçıvan Regional Peşə Tədris Mərkəzinin binasında yenidənqurma işləri aparılıb. Bərpa mərkəzlərində də bir sıra təmir işləri aparılıb, dam örtüklərində olan çatışmamazlıqlar aradan qaldırılıb. Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində mümkün elektrik kəsintiləri zamanı dərs və digər reabilitasiya tədbirlərində fasilə yaranmaması üçün UPS sistemi yenidən qurulub. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində mövcud olan çatışmamazlıqların bir hissəsi aradan qaldırılıb, xidməti avtomobillərdə təmir işləri aparılıb, mərkəzlərin maddi-texniki təminatının gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Görülən bu işlərlə yanaşı, müəyyən çatışmamazlıqlar da aşkar olunub ki, onların aradan qaldırılması istiqamətində zəruri işlər görüləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib və payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı görüləcək işlərin müzakirəsi aparılıb.

743900
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
711
841
4290
22674
743900

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg