Növbəti əmək yarmarkası Naxçıvan şəhərində keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb.
Dövlət Proqramının icrası ilə əlaqədar, ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, vergi orqanlarında qeydiyyatdan keçmiş işəgötürən fiziki və hüquqi şəxslər haqqında məlumatlar dəqiqləşdirilib, müəssisələr tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət məqsədi ilə sahibkarlıq subyektində monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib.
Qeyd edək ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasının davam etdirilməsinə dair verilmiş tapşırıq əsasında muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili də diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq avqust ayında muxtar respublikanın bütün şəhər və rayonlarında əmək yarmarkaları keçirilib. Bu gün Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında işaxtaranlara ümumilikdə 64 müəssisədən 694 boş iş yeri təqdim edilib. Qeyd edək ki, əmək yarmarkasında 43 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 15 nəfərin peşə kurslarına, 4 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Ümumilikdə isə bu ay keçirilən yarmarkalarda 212 müəssisədən vakansiyaya çıxarılmış iş yerlərinə 223 göndəriş verilib. Bununla yanaşı, keçirilən yarmarkalarda 39 nəfər peşə kurslarına, 53 nəfər özünüməşğulluq proqramına, 25 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilmək məqsədilə qeydiyyata alınıb.
Onu da qeyd edək ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmiş müvafiq tapşırığın icrasına uyğun olaraq, Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında sosial könüllülərin də iştirakı təmin edilib. Tədbirdə könüllülər vətəndaşlara boş iş yerləri ilə bağlı zəruri informasiyaların verilməsində köməklik göstərib, bu işdə məşğulluq orqanları əməkdaşlarına köməklik göstəriblər.

717422
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
150
1048
4602
23541
717422

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg