Sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrlə görüş keçirilib

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə, o cümlədən tənha ahıllara göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəlir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, muxtar respublikanın şəhər və rayonlarında aztəminatlı ailələrlə görüşlər keçirilir, onlara ehtiyaclarına uyğun ərzaq yardımları göstərilir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təşkilatçılığı ilə Şahbuz rayonunda baş tutub.
Şahbuz şəhərindən çoxuşaqlı Yusifovlar ailəsi, Nursu kənd sakinləri Ələkbərovlar ailəsinin nümayəndələri ilə keçirilən görüşlər zamanı nazirliyin əməkdaşları ailə üzvlərinın qayğıları ilə maraqlanıb, onlara ehtiyaclarına uyğun sovqatlar təqdim ediblər.
Sakinlər onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

738388
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
562
870
4804
17162
738388

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg