Əlilliyi olan şəxslərə səyyari xidmətlər göstərilir

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasını davam etdirilməsinə dair verilmiş tapşırıqların icrasına uyğun olaraq, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
Bu məqsədlə, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara, o cümlədən müvafiq kateqoriyadan olan uşaqlara protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Bununla yanaşı, Mərkəzin həkim heyəti tərəfindən dayaq hərəkət sisteminin funksiyalarını itirmiş muxtar respublika sakinlərinə mövcud vəziyyətlə əlaqədar səyyari xidmətlərin göstərilməsi də davam etdirilir. Bu tədbirlərin davamı olaraq, avqust ayının 27-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Şərur və Sədərək rayonlarında keçirilən səyyari xidmətlər zamanı əlilliyi olan şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir edilib. Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslər protez ayaqqabı, eşitmə aparatı və digər texniki və köməkçi reabilitasiya vasitələri ilə də təmin olunublar.
Əlilliyi olan şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.