Əlilliyi olan şəxslərə səyyari xidmətlər göstərilir

Muxtar respublikada əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial məsələlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Müvafiq kateqoriyalı şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti daha da artırılır, onların reabilitasiya vasitələri ilə təminatı daim diqqət mərkəzində saxlanılır. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “2016-2020-ci illərdə
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasını davam etdirilməsinə dair verilmiş tapşırıqların icrasına uyğun olaraq, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
Bu məqsədlə, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara, o cümlədən müvafiq kateqoriyadan olan uşaqlara protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Bununla yanaşı, Mərkəzin həkim heyəti tərəfindən dayaq hərəkət sisteminin funksiyalarını itirmiş muxtar respublika sakinlərinə mövcud vəziyyətlə əlaqədar səyyari xidmətlərin göstərilməsi də davam etdirilir. Bu tədbirlərin davamı olaraq, avqust ayının 27-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Şərur və Sədərək rayonlarında keçirilən səyyari xidmətlər zamanı əlilliyi olan şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir edilib. Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslər protez ayaqqabı, eşitmə aparatı və digər texniki və köməkçi reabilitasiya vasitələri ilə də təmin olunublar.
Əlilliyi olan şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

744171
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
49
933
4561
22945
744171

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg