Muxtar respublikada özünüməşğulluq proqramı uğurla davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlərin icrası davam etdirilir. Bu baxımdan özünüməşğulluq proqramı mühüm sosial əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə həyata keçirilməsinə başlanılan proqramın icrası ilə əlaqədar avqust ayında muxtar respublika üzrə, ümumilikdə 23 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 19 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə mini yerşumlayan aqreqat və 1 nəfərə isə çörək, kətə və digər unlu məmulatların hazırlanması üçün ləvazimatlar verilib. Proqrama cəlb olunan şəxslərdən 2 nəfərini gənclər təşkil edib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Nazir bildirib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.
Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Babək rayon Məşğulluq Mərkəzinin direktoru Heydər Quliyev proqramın icrası ilə bağlı görülmüş işlərdən, əldə edilmiş nəticələrdən danışıblar.
Tədbir proqrama cəlb edilmiş sakinlərə verilən aktivlərlə bağlı sənədlərin təqdim edilməsi ilə başa çatdırılıb.
Qeyd edək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayon Arbatan kənd sakini Şəmil Qasımova arpa-buğda qıran aqreqat, Babək rayonu Naxışnərgiz kənd sakini Sədaqət İmaməliyevaya isə otdoğrayan aqreqat verilib. Nazirlik tərəfindən bu kimi həvəsləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

742696
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
348
2738
3086
21470
742696

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg