Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasının davam etdirilməsi, özünəməşğulluq tədbirlərinin genişləndirilməsi haqqında verilmiş tapşırıqların icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məqsədilə, muxtar respublikanın əmək bazarı müntəzəm olaraq təhlil olunur və nəticələrə uyğun olaraq müxtəlif ixtisaslar üzrə peşə kursları təşkil olunur, əmək yarmarkaları keçirilir. Həmçinin, sosial qayğıya ehtiyacı olan ailələr müəyyənləşdirilərək özünüməşğulluq proqramına cəlb edilir və onlar seçdiyi sahələr üzrə zəruri vəsaitlərlə təmin edilir. Bu tədirlərlə yanaşı, muxtar respublikada fəaliyyət göstərən sahibkarlar, işəgötürənlərlə maarifləndirici görüşlər keçirilir, onlara qanunvericiliyin müvafiq tələbləri izah olunur, bu mövzuda onları maraqlandıran suallar cavablandırılır. Bu tədbirlərin davamı olaraq, növbəti görüş sentyabrın 10-da onlayn formatda keçirilib. İşəgötürən müəssisələrlə sosial tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə Şərur rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri və Nazirliyin əməkdaşları iştirak edib. Onlayn görüşdə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı insan kapitalının inkişafı, o cümlədən iqtisadi fəallığın yüksəldilməsi, həyata keçirilən məşğulluq siyasətinin səmərəliliyinin artırılması, işəgötürənlərin əsas maraqlarının, həmçinin əmək bazarının əsas sahələri və peşə hazırlığının əmək bazarının tələbinə uyğunlaşdırılması məqsədilə işəgötürənlərə müvafiq kadrların hazırlanmasında köməklik göstərilməsi, işəgötürənlərlə məşğulluq orqanları arasında səmərəli əlaqələrin təşkili ilə bağlı müzakirələr aparılıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Bu kimi tədbirlərin, gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

738524
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
698
870
4940
17298
738524

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg