Sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

Muxtar respublikamızda bütün qəbildən olan uşaqlar hər cür dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.Bu tədbirlərin davamı olaraq 10 sentyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
Təşkil olunan tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter almış, bu kateqoriyadan olan uşaqlar məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir.
Təhsil naziri qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılmış, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilmişdir. Yaradılan şərait, onların vaxtaşırı zəruri ehtiyaclarının ödənilməsi sağlamlıq imkanları məhdud uşaqların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir. Yaradılan şəraitin nəticəsidir ki, fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq həmin kateqoriyadan olan uşaqların öz həmyaşıdları ilə bərabər təhsilə cəlbinin davamlılığı təmin edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, muxtar respublikada məktəblilərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan sağlamlıq imkanları məhdud uşaqlar da kənarda qalmır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və aidiyyatı dövlət qurumları ilə birgə bu kateqoriyadan olan uşaqlara tolerant təhsil mühitinin formalaşdırılıması məqsədilə təhsil müəssisələrində monitorinqlər aparılır, bu istiqamətdə maarifləndirici görüşlər keçirilir. Onların istedadlarına uyğun ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında və defektoloji bölmələrdə, həmçinin məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə, idmanın müxtəlif növləri üzrə qruplara və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müvafiq bölmələrinə cəlb edilməsi istiqamətində zəruri işlər görülür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək gələn yeni tədris ilinin başlanması münasibəti ilə tədbirdə iştirak edən uşaqların timsalında bütün uşaqları təbrik edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun rəhbərliyi altında uşaqlar dövlət qayğısı ilə əhatələnərək onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, intellektual və mənəvi inkişafı təmin olunmaqdadır. Muxtar respublikada yaşayan bütün uşaqlar kimi valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqları da dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələnmişlər. Belə ki, onların hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirlməsi ilə bağlı proqramlar qəbul edilir və icra olunur.
Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.
Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 78, sağlamlıq imkanları məhdud 290, aztəminatlı ailələrin övladlarından isə 90 olmaqla, ümumilikdə 458 məktəbli təhsil sovqatı ilə sevindiriliblər.
Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Həmin gün muxtar respublikanın rayonlarında da anoloji tədbirlər qeyd olunan aidiyyatı təşkilatların və rayon İcra Hakimiyyətlərinin nümayəndələri tərəfindən həyata keçirilib.

744216
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
94
933
4606
22990
744216

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg