15 sentyabr – Bilik Günü münasibətilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında “Gözəlləşən diyarım Naxçıvan” mövzusunda bilik müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə, müvafiq kateqoriyadan olan uşaqlara bilik və bacarıqlar aşılanır, istedadlarının aşkara çıxarılması
məqsədilə sosial könüllülərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən, yarış, sərgi və müsabiqələr keçirilir, onlayn formatda yaradıcılıq tədbirləri təşkil olunur.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasını davam etdirilməsinə dair verilmiş tapşırıqların icrasına uyğun olaraq, sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında “Gözəlləşən diyarım Naxçıvan” mövzusunda bilik müsabiqəsi təşkil olub. Müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması və mövcud vəziyyətlə əlaqədar cəmiyyətə daha fəal inteqrasiyasının təmin edilməsi məsədilə təşkil edilən müsabiqə sosial könüllülərin iştirakı ilə keçirilib. İştirakçılar müsabiqənin proqramına uyğun olaraq, zehni və kiçik əl motorikasının inkşafı ilə bağlı müxtəlif tapşırıqları icra edib, verilmiş suallara düzgün cavab tapmağa çalışıblar.
Müsabiqə iştirakçıları tərəfindən maraqla qarşılanan tədbirin sonunda onlara oxunması zəruri olan kitablar hədiyyə olunub, göstərilən nəticələrə uyğun diplom və fəxri fərmanlar verilib.
Əlavə edək ki, bu kimi tədbirlər artıq mütəmadi xarakter alıb və qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulub.

737622
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
666
905
4038
16396
737622

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg