Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları da əhatə edir

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların asudə vaxtının səmərəli təşkili, cəmiyyətə fəal inteqrasiyası istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə növbəti tədbir sentyabr ayının 15-də baş tutub.
15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər müvafiq kateqoriyadan olan məktəblilərin evində olub, onlara yeni dərs ilinin ilk gününə hazırlanmasında köməklik ediblər. Sosial könüllülər məktəblilərlə tərdis proqramlarına uyğun maarifləndirici söhbətlər aparıb, müvafiq tövsiyələr veriblər. Daha sonra könüllü gənclər məktəbliləri tədris alacaqları ümumtəhsil məktəblərinə aparıb, ilk dərs günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər.

737888
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
62
870
4304
16662
737888

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg