Camaldın Kənd Mərkəzinin açılışı olub

Sentyabrın 15-də Camaldın kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, poçt bölməsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxana fondunda 10 min 675 kitab vardır. Rabitə evində poçt bölməsinin fəaliyyəti üçün bütün tədbirlər görülmüş, eyni zamanda 320 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 166 internet istifadəçisi vardır.
Yeni Azərbaycan Partiyası Camaldın kənd ərazi ilk təşkilatının 192 üzvü vardır ki, onlardan da 67-i gənc, 81-i isə qadındır.
Yeni Azərbaycan Partiyası Camaldın ərazi ilk təşkilatının sədri Ayaz Novruzov minnətdarlıq edərək demişdir: "Tarix sübut etdi ki, Azərbaycan xalqını işıqlı gələcəyə aparan bir yol vardır. Bu da ulu öndər Heydər Əliyevin yoludur. Bizim yeganə amalımız isə ulu öndərimizin ideyalarına sədaqətlə xidmət etməkdir. Bu sədaqətin nəticəsidir ki, göstərilən diqqət və qayğı nəticəsində kəndimiz müasirləşmiş, abad kəndlər sırasına qoşulmuşdur. Bu gün burada yaşamaq, fəaliyyət göstərmək və təhsil almaq üçün hər cür şərait yaradılmışdır. Kəndimizin tarixinə yeni səhifə yazılmışdır. Tarix qurub yaradanları heç vaxt unutmur. Camaldın kəndinin sakinləri də Qurucu Rəhbəri ilə fəxr edirlər".
Bildirilmişdir ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Xəstəliklərə qarşı vaxtında dərmanların vurulması, dezinfeksiya işlərinin aparılması sağlam heyvandarlıq məhsullarının istehsalına imkan verir.
Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.

026346
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
93
79
480
3077
26346

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg