Həkim ambulatoriyası əhalinin sağlamlığına xidmət göstərən ünvandır

Sentyabrın 15-də Camaldın kəndində həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tibbi xidmətin təşkili ilə maraqlanmışdır.
Bildirilmişdir ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 otaq-baş həkim, stomatoloq, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otağı və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, elektroterapiya və ultrasəslə, ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, solyuks lampası və digər tibbi avadanlıqlar qoyulmuşdur.
Ali Məclisin Sədri sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, həkim briqadalarının cəlb olunması, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.