Sosial qayğıya ehtiyacı olan ailələrlə görüşlər davam etdirilir

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə, göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəlir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, muxtar respublikanın şəhər və rayonlarında aztəminatlı ailələrlə görüşlər keçirilir, onlara ehtiyaclarına uyğun ərzaq yardımları göstərilir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri və Şərur rayonunda baş tutub.
Naxçıvan şəhərindən İsmayılovlar, Şərur rayon Dərvişlər kəndindən isə Abdullayevlər ailəsi ilə keçirilən görüşlərdə nazirlik və komitə əməkdaşları sakinlərin qayğıları ilə maraqlanıb, onlara ehtiyaclarına uyğun sovqatlar təqdim ediblər.
Sosial qayğıya ehtiyacı olan şəxslər göstərilən dəstəyi yüksək qiymətləndirib, diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

030666
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
108
114
510
2995
30666

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg