Beynəlxalq ahıllar günü ərəfəsində Şahbuz rayonunun uzunömürlü sakini ilə görüş keçirilib

Son illər muxtar respublikada sosial qayğıya ehtiyacı olan insanlarla görüşlərin keçirilməsi, əlamətdar günlərdə onların ziyarət olunması artıq ənənə halını alıb. Növbəti belə tədbir 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində Şahbuz rayonunda baş tutub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Güney Qışlaq kənd sakini – bu il 100 yaşını qeyd etmiş Hüseyn Hümbətovla görüş keçirilib. Görüşdə Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəlal Paşayev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşı Vüqar Məmmədov çıxış edərək bildiriblər ki, muxtar respublikamızda uzunömürlü, ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin əsas qayğılarındandır. Bu məqsədlə, onlara müxtəlif sosial xidmətlər göstərilir, sağlamlıqlarının qayğ ısına qalınır, zəruri məişət məsələləri yerində həll olunur. Böyük Vətən müharibəsi iştirakçısı Hüseyn Hümbətov da öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib. O qeyd edib ki, 2011-ci ildə ona dövlət tərəfindən minik avtomobilinin təqdim olunması da göstərilən yüksək qayğının növbəti təzahürüdür.
Qeyd edək ki, sosial könüllülərin də iştirak etdiyi görüşdə muxtar respublikanın ən uzunömürlü sakinlərindən olan Hüseyn Hümbətova hədiyyələr də təqqdim olunub.
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə silsilə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcəkdir.

030672
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
114
114
516
3001
30672

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg