Naxçıvan Muxtar Respublikasında özünüməşğulluq proqramı uğurla davam etdirilir, aktivlərdən nümunəvi istifadə edənlərin fəaliyyəti stimullaşdırılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlərin icrası davam etdirilir. Bu baxımdan özünüməşğulluq proqramı mühüm sosial əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə həyata keçirilməsinə başlanılan proqramın icrası ilə əlaqədar noyabr ayında muxtar respublika üzrə, ümumilikdə 32 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 22 nəfərin hər birinə iki baş iribuynuzlu, 7 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə döşəmə hamarlayan dəzgah, 1 nəfərə qaynaqçı avadanlıq və ləvazimatları və 1 nəfərə isə mini yerşumlayan aqreqat verilib. Qeyd edək ki, yeni aktiv verilmiş ailələrdən biri şəhid ailəsidir.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Nazir bildirib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Sonda Nicat Babayev sosial qayğıya ehtiyacı olan şəxslər adından göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib. Daha sonra çıxış edənlər - Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Kəngərli rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov özünüməşğulluq proqramının icrasının əhəmiyyətindən danışıb, ötən dövr ərzində əldə olunmuş nəticələr haqqında məlumat veriblər. Proqrama cəlb edilmiş sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Əlavə edək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayon Püsyan kənd sakini Rizvan Əliyevə və Culfa rayon Əlincə kənd sakini Mahir Bağırova arpa-buğda qıran aqreqat verilib. Nazirlik tərəfindən bu kimi həvəsləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

744225
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
103
933
4615
22999
744225

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg