Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında və struktur qurumlarında təcrübə keçmələrinə dair tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, dekabr ayının 10-da Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında və struktur qurumlarında təcrübə keçmələrinə dair görüş keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib və bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Nazir qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüşlərin, seminarların keçirilməsi, Nazirliyin və onun tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyəti ilə tanışlığının təşkili hər il davam etdirilir. Ötən dövr ərzində Nazirlik tərəfindən müvafiq ali təhsil müəssisəsi ilə əlaqələr genişləndirilib, “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrini nazirlikdə və tabeli qurumlarda keçməsi təmin edilib. Daha sonra çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fakultəyə uğurla hamilik etməsindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün hərtərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən bəhs edib. Rektor bildirib ki, həyata keçirilən bu tədbirlər universitet məzunlarının gələcək əmək fəaliyyətlərinin təşkili, onların müvafiq sahələr üzrə peşəkar mütəxəssis kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə müvafiq ixtisasın tələbəsi Səbinə Babayeva və sosial iş ixtisası üzrə məzun olmuş və hazırda Nazirliyin strukturunda işləyən dövlət qulluqçusu Nadim Nəcəfov müvafiq Sərəncamın gənclər üçün əhəmiyyətindən danışıb, minnətdarlıqlarını bildiriblər.
Daha sonra, tələbələr Nazirliyin strukturuna daxil olan təşkilatlarda olub, günlük iş prosesini yerində izləyiblər.

743619
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
430
841
4009
22393
743619

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg