İş sahələrində əməyin mühafizəsinin təşkilinə dair növbəti maarifləndirici seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş sahələrində əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam etdirilir. Növbəti seminar, fevralın 23-də muxtar respublika ərazisində

fəaliyyət göstərən 14 istehsal müəssisəsinin aidiyyatı mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri tərəfindən iş prosesində əməyin mühafizəsi qaydalarına riayət edilməsi, işin xarakterinə uyğun fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməsi, əməyin mühafizəsi üzrə işçilərin vəzifələri, həmçinin əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər mövzularında söhbətlər aparılıb, bu mövzuda slaydlar nümayiş etdirilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

742607
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
259
2738
2997
21381
742607

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg