Əlilliyi olan şəxslərin məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsinə dair maarifləndirici tədbir keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şərur rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsinə dair maarifləndirici seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Şərur rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası digər sahələrdə olduğu kimi, əhalinin məşğulluğunun təmin edilməsində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər əlillərin, yaşı 18-dən az olan şəxslərin, qadınların məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsində özünü göstərməklə, cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdırıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, əlilliyi olan şəxslərin və qadınların məşğulluğunun təmin edilməsi muxtar respublikamızda diqqət mərkəzindədir. Bu sahədə görülən işlərlə yanaşı, bəzi müəssisələrdə əlilliyi olan şəxslərin işdən qanunsuz azad olunması, bəzi hallarda isə məzuniyyət müddətinin düzgün təyin olunmaması hallarına rast gəlinir. Bu cür halların qarşısının alınması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici tədbirlər keçirilir və bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Nazir müavini əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi və əmək hüquqlarının qorunması sahəsində görülən işlərdən danışaraq, bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin 31 may 2018-ci il tarixdə imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”nun əhəmiyyətindən bəhs edib, işəgötürənlərə müvafiq tövsiyyələr verilib.
Tədbirin davamında, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov, müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin və qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda bu şəxslər üçün müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında danışıb. Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı isə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası və həmin kvota üzrə müəyyən olunmuş iş yerləri üzrə işəgötürənlərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətlərindən bəhs edib. Çıxışlar zamanı slaydlardan da istifadə olunub və semiar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici bukletlər təqdim olunub.
Qeyd edək ki, tədbirdə Şərur rayonu ərazisində fəaliyyət göstərən dövlət və özəl müəssisə və təşkilatların vəzifəli şəxsləri, kadr işləri üzrə mütəxəssisləri (nümayəndələri) iştirak edib.

717730
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
458
1048
4910
23849
717730

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg