Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkşafı Dövlət Proqramı”nın icrası sosial qayğıya ehtiyacı olan ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı ərzində muxtar respublika üzrə, 28 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 14 nəfərin hər birinə 2 baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 2 nəfərə dərzi, 1 nəfərə qaynaqçı avadanlıqları və ləvazimatları, 3 nəfərə isə mini yerşumlayan aqreqatlar verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 3 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunanlar, 2 nəfərini isə gənclər təşkil edib. Eyni zamanda, təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 2 nəfər həvəsləndirmə tədbirlərinə cəlb edilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edənlər Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Naxçıvan şəhər Məşğulluq Mərkəzinin direktoru Elmar Eyvazov ötən dövr ərzində proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər. Daha sonra aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub. Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

738385
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
559
870
4801
17159
738385

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg