Əlilliyi olan şəxslər tərəfindən toxunulan yun jiletlər hərbi hissəyə təhvil verilib

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində haqqı ödənilən ictimai işlərin təşkil olunması, əlilliyi olan şəxslərin səmərəli məşğulluğuna, onların sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaratmışdır. Ötən il ərzində 30-u sağlamlıq imkanları məhdud şəxs olmaqla, ümumilikdə 224 nəfər sosialyönümlü ictimai işlərə cəlb olunmuşdur. Əlilliyi olan qadınlar tərəfindən toxunmuş 4100 cüt corab, 2900 ədəd yun boyunluq, 920 ədəd yun şərf və 700 ədəd yun jilet artıq hərbi hissələrə təqdim edilmişdir. Bu gün isə onlar tərəfindən toxunmuş daha 700 ədəd yun jilet yüksək dağlıq şəraitində xidmət edən əsgərlərimizə təhvil veriləcəkdir. Daha sonra Əlahiddə Ümumqoşun Ordunun zabiti Ramin Dadaşov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür. Tədbirdə əsgər Tural Məlikov hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Çıxışların ardından yun jiletlər hərbi hissəyə təhvil verilib.

738504
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
678
870
4920
17278
738504

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg