Muxtar respublikada 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilib

Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildən etibarən 28 Aprel, Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib və əsas məqsəd ictimaiyyətin diqqətini məhz əməyin mühafizəsi kimi aktual bir məsələyə cəlb etməkdən ibarətdir.
Bu gün ölkəmizdə əməyin münasibətləri sahəsində geniş qanunvericilik bazası yaradılıb və müvafiq dövlət proqramları təsdiq edilib. 
Həmçinin, muxtar respublikamızda da əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində, əmək şəraitinin yaxşılaşdırılması ilə yanaşı, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması, iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması əməyin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsini şərtləndirir. Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təşkilatçılığı ilə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibəti ilə Naxçıvan şəhərində maarifləndirici tədbir keçirilib. Tədbirdə muxtar respublika ərazisində fəaliyyət göstərən tikinti, sənaye və istehsal sahələri üzrə 24 müəssisənin 61 nəfər nümayəndəsi iştirak edib. Tədbirdə çıxış edənlər, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaqa Nəzarət Şöbəsinin prokuroru, I dərəcəli hüquqşünas Elvin Zeynalov, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli vurğulayıblar ki, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, həmçinin işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət olunması istiqamətində tədbirlərin icrası daim diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikada işçilərin həyatı və sağlamlığına təhlükə yarada biləcək hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlər görülür, tikinti aparılan obyektlərdə işçilər üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır, onlar peşələrinə uyğun xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Bildirilib ki, görülən işlərlə yanaşı, əməyin mühafizəsi istiqamətində geniş maarifləndirmə işləri də aparılır ki, bu baxımdan rübdə bir dəfə dərc olunan “Əməyin mühafizəsi” adlı elektron jurnal mühüm əhəmiyyətə malikdir.
Tədbirin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzuya dair maarifləndirici bukletlər paylanılıb, slayd və videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, əməyin mühafizəsini daha geniş şəkildə təbliğ etmək məqsədilə hazırlanan “Əməyin mühafizəsi” adlı elektron jurnal rübdə bir dəfə olmaqla Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “sosial.nmr.az” rəsmi internet saytında oxucuların istifadəsinə verilir.

743209
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
20
841
3599
21983
743209

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg