Əlilliyi olan şəxslərin məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsinə dair maarifləndirici tədbir keçirilmişdir

Bu gün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsinə dair maarifləndirici seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Şahbuz rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası digər sahələrdə olduğu kimi, əhalinin məşğulluğunun təmin edilməsində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər əlillərin, yaşı 18-dən az olan şəxslərin, qadınların məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsində özünü göstərməklə, cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdırıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində əlilliyi olan şəxslərin və qadınların məşğulluğunun təmin edilməsi muxtar respublikamızda diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Nazir müavini qeyd edib ki, bu sahədə görülən işlərlə yanaşı, bəzi müəssisələrdə əlilliyi olan şəxslərin işdən qanunsuz azad olunması, bəzi hallarda isə məzuniyyət müddətinin düzgün təyin olunmaması hallarına rast gəlinir. Bu cür halların qarşısının alınması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici tədbirlər keçirilir və bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Tədbirin davamında, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov, müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin və qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda bu şəxslər üçün müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında danışıb. Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı isə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası və həmin kvota üzrə müəyyən olunmuş iş yerləri üzrə işəgötürənlərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətlərindən bəhs edib.
Çıxışlar zamanı slaydlardan istifadə olunub və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirdə Şahbuz rayonu ərazisində fəaliyyət göstərən dövlət və özəl müəssisə və təşkilatların vəzifəli şəxsləri, kadr işləri üzrə mütəxəssisləri (nümayəndələri) iştirak edib.

086973
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
109
257
994
4407
86973

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg