28 aprel Dünya Əməyin Mühafizəsi Günüdür!

Əməyin mühafizəsi insan amilinə verilən dəyərdir
2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel “Ümumdünya Əməyin Mühafizəsi Günü” elan edilmişdir. Bu günün təsis olunmasında məqsəd istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır. Əməyin mühafizəsi, işçilərin əmək hüquqlarının qorunması, həmçinin təhlükəsiz və sağlam iş yerlərinin yaradılması ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən tədbirlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunmuş, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. “Azərbaycan dövlətinin ən qiymətlisərvəti onun insanlarıdır”, – deyən ulu öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunmuşdur. Həmçinin ölkənin bu əsas Qanununda işçilərin əmək və istirahət hüquqlarının əsasları da öz əksini tapmışdır. Bununla yanaşı, əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilənAzərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə işəgötürən və işçilərin əmək münasibətləri və əməyin mühafizəsi üzrə hüquqları, vəzifələri və öhdəlikləri öz əksini tapmışdır ki, bu qanunvericilik aktı da ilbəil daha da təkmilləşdirilib. Bu gün ölkəmizdə əmək hüquqlarının təmin olunması diqqətdə saxlanılır, əməyin mühafizəsisahəsində qanunvericilik aktları daim təkmilləşdirilir və əmək şəraiti yaxşılaşdırılır. Muxtar respublikamızda da əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Əmək şəraitinin yaxşılaşdırılması ilə yanaşı, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması, iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması əməyin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsini şərtləndirir. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılmasısahəsində görülən tədbirlər, tikintisektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması, tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqların icrası əməyin mühafizəsi ilə bağlı uğurlu nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, həmçinin işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət olunması istiqamətində daha geniş tədbirlərin görülməsi nəzərdə tutulub. Hazırda muxtar respublikada işçilərin həyatı və sağlamlığına təhlükə yarada biləcək hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlər görülür, tikinti aparılan obyektlərdə işçilər üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır, onlar peşələrinə uyğun xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Əməyin mühafizəsi istiqamətində nəzarət və maarifləndirmə tədbirləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş sahələrində əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam etdirilir. Belə ki, fevral ayında muxtar respublika ərazisində fəaliyyət göstərən 14 istehsal müəssisəsinin mütəxəssislərinin iştirakı ilə növbəti seminar keçirilib. Seminarda nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri tərəfindən iş prosesində əməyin mühafizəsi qaydalarına riayət edilməsi, işin xarakterinə uyğun fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməsi, əməyin mühafizəsi üzrə işçilərin və işəgötürənlərin vəzifələri, həmçinin əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlərlə bağlı söhbətlər aparılıb, slaydlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib. Ümumilikdə, cari ilin birinci rübündə əməyin mühafizəsinin təşkili ilə bağlı müvafiq baxışlar keçirilib, fərdi mühafizə vasitələrindən istifadə etməyən işçilər iş sahəsindən uzaqlaşdırılıb və ya fərdi mühafizə vasitələri ilə yerində təmin ediliblər. Əməyin mühafizəsini daha geniş şəkildə təbliğ etmək məqsədilə “Əməyin mühafizəsi” adlı elektron jurnal rübdə bir dəfə olmaqla, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.nmr.az rəsmi internet saytında yerləşdirilir. Əmək münasibətlərinin elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsinə dair seminarlar, həmçinin əməyin mühafizəsi norma və qaydalarına əməl edilməsinə dair işçi heyətlə yerlərdə görüşlərin keçirilməsi də rüb ərzində davam etdirilib. Həmçinin “255” nömrəli qaynar xətt vasitəsilə daxil olan elektron informasiya sisteminin tətbiqinə dair yaranan suallar xidmətin əməkdaşları tərəfindən operativ cavablandırılır. Əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər insan amilinə yüksək diqqət və qayğını özündə ehtiva edir. Əməyin mühafizəsinin təşkili muxtar respublikamızda daim nəzarət edilən vacib sahələrdən biridir.

717805
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
533
1048
4985
23924
717805

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg