Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar arasında müsabiqə təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət Proqramının icrasına uyğun olaraq, bu gün muxtar respublikada müvafiq kateqoriyadan olan uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual inkişafı, asudə vaxtlarının düzgün təşkilinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası ilə bağlı tədbirlərin əhatə dairəsi genişlənməkdə davam edir. Həyata keçirilən tədbirlər bu kateqoriyadan olan uşaqların sosiallaşmasına, sağlam həyat tərzinə, təhsilə maraqlarının artmasına, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradır.
Bu istiqamətdə görülən işlər çərçivəsində növbəti tədbir Naxçıvan şəhərində yerləşən Əcəmi Seyrangahında baş tutub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında şeirlərin bədii qiraət müsabiqəsi təşkil edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilən müsabiqədə, uşaqlar ulu öndərə həsr edilmiş şeirlər səsləndiriblər. Sosial könüllülərin də iştirak etdiyi tədbirin sonunda müsabiqə iştirakçıları fəxri fərman və hədiyyələrlə təltif olunub.

738808
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
118
864
5224
17582
738808

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg