Ölkəmizdə elan olunmuş “Nizami ili” çərçivəsində şairin əsərləri sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə səhnələşdirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət Proqramının icrasına uyğun olaraq, bu gün muxtar respublikada müvafiq kateqoriyadan olan

uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual inkşafı, asudə vaxtlarının düzgün təşkilinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası ilə bağlı tədbirlərin əhatə dairəsi genişlənməkdə davam edir. Həyata keçirilən tədbirlər bu kateqoriyadan olan uşaqların sosiallaşmasına, sağlam həyat tərzinə, təhsilə maraqlarının artmasına, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradır. Müvafiq kateqoriyadan olan uşaqlar arasında yaradıcılıq tədbirlərinin təşkili də daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə növbəti tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində baş tutub. Ölkəmizdə elan olunmuş “Nizami ili” münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar şairin müxtəlif əsərlərindən hazırladıqları səhnələri Mərkəzin kinozalında nümayiş etdirib, izləyənlərdə xoş ovqat yaradıblar.

392704
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
516
431
4450
3179
392704

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg