Daha bir hərəkət qabiliyyəti məhdud uşaq distant tədrisə cəlb olunub

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə

təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq dövlət qurumları tərəfindən davam etdirilir. Sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant təhsil mühitinin yaradılması istiqamətində məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində müvafiq işlər aparılır, hərəkət qabiliyyəti məhdud olan uşaqların distant tədrisə cəlbi davam etdirilir. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindən daha bir sağlamlıq imkanları məhdud uşaq – Rza İsmayılov distant tədrisə cəlb edilib. Rza İsmayılov zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Rzanın valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

745332
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1210
933
5722
24106
745332

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg